Özbəkistan turizm gəlirlərini artırır

   Özbəkistan turizm gəlirlərini artırır
  08 Dekabr 2025    Oxunub:850
2025-ci ildə Özbəkistanın turizmdən gəlirləri 144% artaraq, 4,4 milyard dollara çatıb.
Ölkənin Turizm Komitəsinin məlumatına görə, yanvardan noyabra qədər 10,7 milyon turist gəlib ki, bu da ötən ilin anoloji dövründən 114% çoxdur.

Özbəkistan 2030-cu ilə qədər turistlərin sayını ildə 20 milyon nəfərə, turizm gəlirlərini isə 6 milyard dollara çatdırmağı düşünür. Bu məqsədlə prezident Şavkat Mirziyoyevin sərəncamı ilə Turizm Komitəsi yaradılıb. Komitə ölkədə turizmin inkişafı və xaricdə təşviqi ilə məşğuldur.

Samir



Teqlər: Özbəkistan   Turizm  



Xəbər lenti