Almaniya Kansleri İordaniya və İsrailə səfər edib

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
  06 Dekabr 2025    Oxunub:388
Almaniya Kansleri Fridrix Merts İordaniyaya və İsrailə səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, Kansler bu gün İordaniya Kralı II Abdullah ilə görüşdən sonra İsrailə səfər edəcək.

Fridrix Merts bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Kansler Ofisinin məlumatında danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da möhkəmləndirilməsi və digər beynəlxalq məsələlərin müzakirə olunacağın bildirilib. Kansler, həmçinin Yad Vaşem xatirə kompleksini ziyarət edəcək.

AzVision.az



Teqlər: AlmaniyaKansleri   FridrixMerts  



Xəbər lenti