Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü keçiriləcək

 Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü keçiriləcək
  05 Dekabr 2025    Oxunub:1268
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov ilə ölkənin Baş Qərargah rəisi Andrey Qnatov bu gün Mayamidə (Florida ştatı) ABŞ nümayəndələri ilə növbəti görüşü keçirəcəklər.

AzVision.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukraina" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, cümə günü Ukrayna nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerlə görüşü planlaşdırılıb.

Dekabrın 4-də olduğu kimi, bu görüş də Mayamidə keçirilməlidir.

AzVision.az



Teqlər:



Xəbər lenti