Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib
  02 Dekabr 2025    Oxunub:384
ABŞ Prezidenti Donald Tramp dekabrın 2-nə keçən gecə "Truth Social" platformasındakı səhifəsində təxminən dörd saat ərzində 160-dan çox paylaşım edib.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Beast" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp Şərq vaxtı ilə saat 19:09-dan 23:57-dək (Bakı vaxtı ilə saat 04:09-dan 08:57-dək) aktiv şəkildə kontent paylaşıb, bəzi postlar iki dəfə yerləşdirilib. Bəzən dəqiqədə birdən çox paylaşım edilib.

Əvvəlcə Tramp opponentlərini tənqid edən bir neçə qəzəbli postunu dərc edib, daha sonra eyni mövzu üzrə bloqerlərin postlarını və materialları yenidən paylaşmağa başlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti