Ukraynada britaniyalı diversant saxlanılıb

   Ukraynada britaniyalı diversant saxlanılıb
  02 Dekabr 2025    Oxunub:1003
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyat idarəsi Böyük Britaniyanın kəşfiyyat xidmətləri ilə birlikdə Rusiya xüsusi xidmət orqanlarının tapşırığı əsasında 2024-2025-ci illərdə Ukraynada kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmiş britaniyalı Ross Devid Katmoru ifşa edib. O, hazırda həbsdədir.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, şübhəli şəxsin ifşası üzrə oktyabrın əvvəlində keçirilən xüsusi əməliyyat UTX-nin rəis müavini, general-mayor Aleksandr Poklad tərəfindən koordinasiya edilib.

“Ross Devid Katmor 2024-cü ildə Ukrayna Silahlı qüvvələrinin şəxsi heyətinin təlimi və hazırlanmasına kömək etmək üçün hərbi təlimatçı kimi Ukraynaya gəlib. Katmor Britaniya ordusunda hərbi xidmətdə və Yaxın Şərqdə olduğu müddətdə hərbi təcrübə qazanıb”, - adı açıqlanmayan mənbə “Ukrainskaya Pravda” qəzetinə deyib.

Onun sözlərinə görə, Rusiyanın kəşfiyyat orqanları Ukraynada məqsədyönlü sui-qəsdlər həyata keçirmək üçün Katmoru odlu silah və sursatla təmin ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   britaniyalı   diversant  



Xəbər lenti