“Tərəflər müharibənin bitməsinə yardım üçün göstərilən səyləri müzakirə ediblər. Rubio bir daha təsdiqləyib ki, ABŞ-nin məqsədi münaqişəni mümkün qədər tez bitirmək və uzunmüddətli sülhü təmin etməkdir”, - xəbərdə vurğulanır.
Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr keçirilib və bu məsləhətləşmələr zamanı müharibəyə son qoymağın mümkün yolları, eləcə də uzunmüddətli iqtisadi və müdafiə inkişafı məsələləri, Ukraynada seçkilər, ərazi aspektləri müzakirə edilib.
|
| Ağ Ev: “Nikbin əhval-ruhiyyədəyik” |
Ağ Evin mətbuat katibi, Kerolayn Levitt, öz növbəsində, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh razılaşmasının əldə olunması perspektivlərinə “çox nikbin” yanaşdığını iddia edib.
Lakin əvvəl görüşün gedişatından hali olan mənbəyə istinad edən “ABC News” terlekanalı Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra ərazi güzəştləri ilə bağlı heç bir irəliləyişin olmadığı barədə məlumat yayıb.
Bununla belə, Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful Ukrayna ilə bağlı davam edən danışıqlarla bağlı “ehtiyatlı nikbinlik” hissi keçirdiyini vurğulayıb.
Sahil isgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


