Bolqarıstanda ehtiraslar qızışır

Bolqarıstanda ehtiraslar qızışır
  02 Dekabr 2025    Oxunub:855
Bolqarıstanda hökumətinin büdcə siyasətinə qarşı növbəti dəfə etirazlar keçirilir. Paytaxt Sofiyada başlayan kütləvi etirazlar digər şəhərlərə də yayılıb.
AzVision.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Sofiyada müxalifətin təşkil etdiyi aksiyalara 20 mindən çox insan qoşulub.

Etirazçılar əsasən hökumət, parlament və prezident administrasiyasının binaları qarşısında toplaşıblar.Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Gecəyarısı vəziyyət daha da gərginləşib.

İspaniyada etiraz aksiyası: “Mafiya, yoxsa demokratiya?”
Yürüş zamanı bir qrup maskalı təxribatçı hökumətyönlü “DPS – Yeni Başlanğıc” siyasi partiyasının ofisinin yerləşdiyi binanı mühafizə edən polisi daş-qalaq ediblər. Onlar həmçinin binanın qapılarını və pəncərələrini sındıraraq içəri girməyə cəhd ediblər.

“Bulgaria On Air” telekanalı toqquşmaları canlı formatda yayımlanıb.

Xatırladaq ki, etirazçılar hazırda parlamentdə baxılan 2026-cı il dövlət büdcəsi layihəsindən narazılıqlarını bildirirlər.

Bir gün əvvəl isə Madriddə on minlərlə insan erkən parlament seçkiləri tələbi ilə “Mafiya, yoxsa demokratiya?” şüarı altında hökumətə etiraz etmək üçün küçələrə çıxmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bolqarıstan   etirazlar  



Xəbər lenti