Rusiya Dneprə hücum edib, 4 nəfər ölüb

Rusiya Dneprə hücum edib, 4 nəfər ölüb
  01 Dekabr 2025    Oxunub:309
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər həlak olub, 40 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko məlumat verib.

"Dneprdə xəsarət alanların sayı 40 nəfərə çatıb. Onların böyük əksəriyyəti xəstəxanalardadır, 11 yaralının vəziyyəti ağırdır. Dörd nəfərin ölümü təsdiqlənib", - bəyanatda deyilir.

Axtarış-xilasetmə işləri başa çatıb.

AzVision.az



Teqlər:



Xəbər lenti