İsrail "Hizbullah"la müharibəyə hazırlaşır

   İsrail "Hizbullah"la müharibəyə hazırlaşır
  30 Noyabr 2025    Oxunub:3713
İsrail gələn ili əvvəlində “Hizbullah”a qarşı geniş müharibəyə hazırlaşır. “Maariv”i yazdığına görə, Livan “Hizbullah”ın tərksilah edilməsinə dair öhdəliyini yerinə yetirmir. İran isə vəziyyətdən istifadə edərək, regiondakı təsir imkanlarını artırır. Buna görə də İsrail vəziyyətə müdaxilə etməyi vacib sayır.
Razılaşmaya əsasən, Livan ordusu dekabrın 31-nə qədər “Hizbullah”ı tərksilah etməlidir. Amma nəinki bu baş vermir, hətta əksinə, “Hizbullah” güclənməyə davam edir, özünün yeni strukturlarını yaradır. Təşkilata maliyyə, silah və partlayıcı vasitələrin axını davam edir.

Son günlərdə İsrail 4 istiqamətdə fəal işləyir: Livanda, Suriyanın cənubunda, İordan çayının qərb sahilində və Qəzza zolağında əməliyyatlar keçirir. Məqsəd İranın strategiyasına mane olmaqla onun regionda güclənməsinə imkan verməməkdir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: İsrail   Hizbullah  



Xəbər lenti