Qırğızıstanda seçki keçirilir

Qırğızıstanda seçki keçirilir
  30 Noyabr 2025    Oxunub:1016
Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Bu gün yerli vaxtla saat 8:00-da seçki məntəqələri açılıb.
Ölkədə və onun hüdudlarından kənarda 2.513 seçki məntəqəsi təşkil olunub. Səsvermə hüququ olan vətəndaşların sayı 4.294.243 nəfərdir.

Seçki yeni sistemlə keçirilir. Ölkədə 30 dairənin hər birindən 3-ü olmaqla 90 deputat seçiləcək.

Parlamentə 460 nəfər namizədliyini irəli sürüb.

Səsvermə saat 20:00-da başa çatacaq.

Tariyel
AzVision.az


Teqlər: Qırğızıstan  



Xəbər lenti