Adil Kərimli Ağdamda vətəndaşları qəbul edib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edib
  29 Noyabr 2025    Oxunub:1066
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Ağdam rayonunda (Quzanlı qəsəbəsi) vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən və nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, mədəniyyət sahəsinə dair layihə və təşəbbüslər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti