Zabratda yol qəzası: sürücü ölüb

Zabratda yol qəzası:   sürücü ölüb
  29 Noyabr 2025    Oxunub:1345
Bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
TƏBİB-dən AzVision.az -a verilən məlumata əsasən, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2-si qadın, 3-ü kişi olmaqla 5 nəfər müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.

AzVision.az


Teqlər: qəza  



Xəbər lenti