BMM Azərbaycanı beynəlxalq festivalda təmsil edir
Təşkilat komitəsi və “Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah Azərbaycandan gələn qonaq ifaçıları qarşılayaq onlara festivalın xatirə hədiyyələrini təqdim edib.
BMM-nin direktoru Sahib Paşazadə qarşılıqlı olaraq Azərbaycan mədəniyyətini təbliğ edən kitab və suvenirləri festival rəhbərliyinə hədiyyə edib. Qlobal bədii forumda azərbaycanlı musiqiçilərin konserti 29 noyabr tarixində reallaşacaq.
Sahib Paşazadə və Kamran Kərimov bu festivalda artıq ikinci dəfədir ki, ölkəmizi təmsil edirlər. Ötən il keçirilən festival zamanı ifaçılar açılış mərasimində zəngin proqramla çıxış edərək Kəraçidə yerləşən İncəsənət Universitetində Azərbaycan alətləri və musiqisi ilə bağlı ustad dərsi keçmişdilər. Azərbaycan muğamı və musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanmışdı.
Festival çərçivəsində musiqi, teatr və rəqs tamaşaları, təsviri incəsənət nümayişləri, sənətin müxtəlif sahələrini əhatə edən panel müzakirələri və seminarlar təşkil olunur.
AzVision.az
Teqlər: Azərbaycan BMM festival







Vaxtında, Aydın, Lazımlı!


