Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, data əsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarəedilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb. Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.
Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar. Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


