Suriyada silahlı toqquşma yaşanıb

Suriyada silahlı toqquşma yaşanıb
  28 Noyabr 2025    Oxunub:1148
Noyabrın 28-nə keçən gecə İsrail ordusu Suriyanın cənubunda “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatından şübhəlilərin saxlanılması üçün əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Beyt Can kəndində fəaliyyət göstərən şübhəlilər İsrail vətəndaşlarına qarşı terror planlarını təbliğ ediblər.

Əməliyyat zamanı yaraqlılar İsrail əsgərlərinə atəş açdıqdan sonra onlara cavab verilib. Nəticədə 3-ü ağır olmaqla 6 əsgər yaralanıb.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat başa çatıb, bütün şübhəlilər saxlanılıb, bir neçə yaraqlı isə məhv edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   İsrail   toqquşma  



Xəbər lenti