Paşinyan II Qareginə əvəz tapıb

   Paşinyan II Qareginə əvəz tapıb
  28 Noyabr 2025    Oxunub:1115
Ermənistanın baş naziri Nikol Paşinyan artıq bütün ermənilərin katolikosunun mümkün varisi postuna üstünlük verilən iki namizədi müəyyənləşdirib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Johovurd” nəşrinin məlumatına görə, əsas namizədlər Erməni Apostol Kilsəsinin (EAK) ABŞ-dəki Qərb Yeparxiyasının Primatı, arxiyepiskop Ovnan Terteryan və Kilikiya Böyük Evinin katolikosu I Aramdır.

Ermənistan hakimiyyəti ən azı vəziyyətin necə inkişaf edəcəyi bəlli olana qədər onların loyallıq sərgiləyəcəklərini düşünür.

“Hazırkı hökumət II Qareginin səlahiyyət müddəti başa çatdıqdan sonra EAK-da yeni “azad sahə”nin yaradılmasını və təsirin yenidən bölüşdürülməsini təmin edə bilər”, - qəzet vurğulayır.

Qəzetin mənbələrinin iddiasına görə, təhlükəsizlik qüvvələri yepiskopların iclasından sonra katolikosu nüfuzdan salan yayılmış bəyanatı imzalayan və ya imzalamayanlar da daxil olmaqla, yeparxiya rəhbərlərinə artıq fərdi “ziyarətlər”ə başlayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pşainyan   katolikos   əvəz  



Xəbər lenti