Zamirə Ədilova: "Şəkər xəstələri TƏBİB-in elektron sistemdə qeydiyyata alınacaq"
"Bu müayinələr xəstəliyin gedişini izləmək üçün vacibdir. Eyni zamanda, şəkərli diabet xəstələri üçün dərmanların paylanması hər ayın 10-dək imtiyazlı apteklər tərəfindən həyata keçirilir".
Zamirə Ədilovanın sözlərinə görə, bu istiqamətdə TƏBİB tərəfindən elektron sistem ərsəyə gətirilib:
"Burada xəstələrin qeydiyyatı prosesi aparılır. Bu, şəkərli diabet xəstələrinin sayını dəqiqləşdirməyə, beləliklə, dərman təminatını optimallaşdırmağa töhfə verəcək. Yaxın gələcəkdə sözügedən sistemdə hər bir xəstə üçün ona dərmanın verilməsi barədə fərdi məlumatlar da yerləşdiriləcək".
AzVision.az
Teqlər: TƏBİB







Vaxtında, Aydın, Lazımlı!


