İcbari tibbi sığorta zərfində dərmanların sayı artırılacaq

İcbari tibbi sığorta zərfində dərmanların sayı artırılacaq
  27 Noyabr 2025    Oxunub:1112
"İlkin mərhələdə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün lazımi dərman preparatlarının icbari tibbi sığorta çərçivəsində verilməsi nəzərdə tutulur".
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində media nümayəndələri üçün təlimdə söyləyib. O diqqətə çatdırıb ki, bu istiqamətdə Nazirlər Kabineti də müvafiq qaydaları təsdiqləyib:

"Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində verilməsi nəzərdə tutulan dərmanları ya minimum ödənişlə, yaxud tamamilə pulsuz ala biləcəklər. Hazırda bu çərçivədə müvafiq işlər aparılır".

Aynur Əhmədovanın sözlərinə görə, həmin dərmanlar agentliklə müqavilə bağlamış apteklərdən təmin edilə biləcək:

"Dərman siyahısının tərtibi əsnasında 4 meyar müəyyənləşdirilib. Bu meyarlara əsasən, derman preparatı mütləq dövlət reyestrində qeydə alınmalı, keyfiyyətli və təhlükəsiz olmalı, qiyməti dövlət tərəfindən tənzimlənməli və sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır".

AzVision.az




Teqlər: sığorta   dərman  



Xəbər lenti