Hakimləri təhqir etdiyinə görə beş nəfər cəzalandırılıb

Hakimləri təhqir etdiyinə görə beş nəfər cəzalandırılıb
  27 Noyabr 2025    Oxunub:869
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hakimləri təhqir edən beş nəfərə cəza verib.
AzVision.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən "Real"ın rəsmisi Nahid Səmədov və "Şirvanovka"nın futbolçusu Loğman Camirzəyev 4, "Naxçıvan"ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunublar.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və "Hacıqabul"un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti