Bakıdan Əmmana ilboyu uçuşların təşkili nəzərdən keçirilir

Bakıdan Əmmana ilboyu uçuşların təşkili nəzərdən keçirilir
  27 Noyabr 2025    Oxunub:799
Azərbaycan İordaniyanın paytaxtı Əmmana ilboyu uçuşların təşkilini nəzərdən keçirir.
Bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclasında bildirib.

“Bu il AZAL yay mövsümü üçün Bakı-Əmman birbaşa uçuşlarını həyata keçirib. Hazırda gələn yay oxşar uçuşların təşkili imkanlarını planlaşdırır və qiymətləndirir. Biz bunun kommersiya baxımından daha cəlbedici etmək yollarını araşdıracağıq, təkcə çarter uçuşları deyil, həm də ilboyu müntəzəm uçuşlar həyata keçirəcəyik”, - deyə S.Babayev bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti