“Bu mühüm vəzifəni tutan şəxs ən yüksək səmərəlilik və səriştə standartlarına cavab verməli, habelə BMT Nizamnaməsinin prinsiplərinə sadiqlik nümayiş etdirməlidir”, - məktubda deyilir.
|
| Argentina Qrossini BMT-nin Baş katibi görmək istəyir |
Müraciətdə həmçinin baş katibin seçilməsində regional aspektin vacibliyinə diqqət çəkilir. Qeyd edək ki, baş katib postuna namizəd bir ölkə və ya ölkələr qrupu tərəfindən irəli sürülə bilər, lakin hər bir ölkənin bir nəfəri irəli sürmək hüququ var.
Hazırda BMT-nin baş katibi vəzifəsinə mümkün namizədlər arasında argentinalı diplomat və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi, Çilinin ilk qadın prezidenti Mişel Baçelet və Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan da var.
Yeri gəlmişkən, BMT-yə üzv dövlətlərə məktubun müəllifləri bu dəfəki seçkilərdə üstünlüyün “Latın Amerikası və Karib hövzəsindən olan namizədlərə" verildiyini vurğulayıblar.
Xatırladaq ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


