Sabiq prezident 14 il həbs cəzası aldı
“Bütün cinayətlərə görə ümumi cəza 14 il azadlıqdan məhrumetmədir. Cəza real olmalı və dərhal icra edilməlidir”, - hökmü oxuyan hakim bildirib.
Keçmiş prezident özü məhkəmənin qərarını kəskin tənqid edərək, bunu məhkəmə sistemi üçün biabırçılıq adlandırıb.
- Mafiya sui-qəsdinə qarşı çıxdığım üçün cəzalandırıldım”, - hökmdən sonra Martin Viskarra “X” sosial şəbəkəsində yazıb.
İstintaqın qənaətinə əsasən, Viskarra Mokequa departamentinin qubernatoru olduğu müddətdə (2011-2014) müxtəlif layihələrdə iştirak edən şirkətlərdən rüşvət alıb. Lakin siyasətçi ittihamları rədd edir.
Xatırladaq ki, Martin Viskarra Perunun prezidenti postuna 2018-ci ilin martında Pedro Pablo Kuçinskinin istefasından sonra gəlib. Lakin 2020-ci ilin noyabrında Peru Konqresi Mokuequadakı korrupsiya sxemlərində mümkün iştirakı ilə bağlı xəbərlər fonunda onu “mənəvi cəhətdən bacarıqsız” elan edərək Viskaranın vəzifədən azad olunmasına səs verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


