Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub

Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub
  26 Noyabr 2025    Oxunub:817
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
AzVision.az xəbər verir ki, təqdimata Nizami Rayon Məhkəməsində baxılır.

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

İstintaq tədbirləri davam etdirilir.

AzVision.az





Teqlər:



Xəbər lenti