Dekabrın ilk günlərinin hava proqnozu açıqlanıb

Dekabrın ilk günlərinin hava proqnozu açıqlanıb
  26 Noyabr 2025    Oxunub:887
"Dekabrın ilk 10 günündə hava şəraitinin isti keçəcəyi gözlənilir".
AzVision.az xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov mətbuata açıqlamasında söyləyib. O bildirib ki, bu, sinoptik hava şəraitindən və onun gedişatından asılıdır:

"Sinoptik hava şəraiti və hava sirkulyasiyası şimaldan hava kütlələrinin üstünlüyü ilə müşahidə olunarsa, onda növbəti ayda hava şəraiti qeyri-sabit keçəcək. Bu hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində rütubət artacaq, intensiv yağıntılar olacaq. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağması, çaylarda daşqınların baş verməsi, sululuğun artması, bəzi yerlərdə torpaq sürüşmələrinin baş verməsi gözləniləndir. Cənubdan gələn hava kütlələri üstünlük təşkil edərsə, növbəti ayda da hava, bu günlərdə olduğu kimi, mülayim və nisbətən sabit keçəcək".

AzVision.az


Teqlər: hava   proqnoz  



Xəbər lenti