Bakı-Ağstafa xəttinə əlavə qatarlar buraxılıb

Bakı-Ağstafa xəttinə əlavə qatarlar buraxılıb
  26 Noyabr 2025    Oxunub:857
Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
ADY-dən AzVision.az -a verilən məlumata əsasən, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletlər dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edilə bilər.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti