Kamran Qasımovun filmi təqdim olundu I FOTOLAR

Kamran Qasımovun filmi təqdim olundu  I   FOTOLAR
  25 Noyabr 2025    Oxunub:1832
Noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun bu ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğnlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirildi.
Film Real Televiziyasının reportajları (müəllif Kamran Qasımov), Fox Televiziyasının materialları, eləcə də Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb. 28 dəqiqəlik ekran işində Kamran Qasımov Los Anceles əyalətində baş vermiş dəhşətli meşə yanğınları və onun fəsadlarını çəkib.

Kino tənqidçi Sevda Sultanovanın moderatorluğu baş tutan nümayişdən öncə rejissor Kamran Qasımov bu ilin yanvar ayında şahidi olduğu yanğınlardan danışdı, nümayişə gələnləcə minnətdarlığını bildirdi. Qeyd edək ki, filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də Los Anceles merinin müsahibələri yer alıb. Nümayişdən sonra millət vəkilləri, kinematoqrafçılar, ictimaiyyət nümayəndələri çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşdülər. Qeyd edək ki, Kamran Qasımov Los Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub. Film Azər Əsgərovun dəstəyi ilə ərsəyə gəlib.

Qalereya




Teqlər: təqdimat   film   jurnalist  



Xəbər lenti