Politico: "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər"
Başqa bir təklifdə isə "diktator"un saxlanılaraq ABŞ-də məhkəmə qarşısına çıxarılmasının vacibliyindən danışılır: "Çünki ABŞ-Venesuela qarşıdurması Karakasda rejim dəyişikliyinə hesablanmayıb. Vaşinqton bu ölkədəki narkoşəbəkələrlə mübarizə aparır. Məhz Nikolas Maduronun da adı bu çərçivədə ittihamlara tuş gəlir".
Hökumət nümayəndələri belə qənaətdədirlər ki, Venesuelaya qarşı nəinki aktiv hərbi müdaxilə, hətta müharibə hədələri də Karakasda xaos meydana gətirir: "Beləliklə, "diktator" öz hakimiyyətini hər an itirə bilər".
Son aylarda ABŞ və Venesuela arasında gərgin münasibətlər Vaşinqton tərəfindən bu ölkədə narkoşəbəkələrin fəaliyyəti bəhanəsi irəli sürülərək başlayıb. Donald Tramp bu minvalda Karib dənizində ABŞ-nin hərbi gücünün artırılması barədə tapşırıq verib. O, Venesuela hökumətini və birbaşa Nikolas Maduronu narkoşəbəkələrlə əlbirlikdə təqsirləndirir. Öz növbəsində, rəsmi Karakas bu cür ittihamları ölkənin suverenliyinə açıq təhlükə sayaraq vurğulayır ki, Vaşinqtonun əsl hədəfi rejim dəyişikliyidir.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Venesuela diktator sürgün Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


