Avropada “hərbi Şengen zonası” ideyası
“Bu, ümumavropa təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında həlledici amildir və eyni zamanda şərq cinahın, xüsusən də Baltikyanı ölkələr və Polşanın təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir”, - sənəddə deyilir.
Avropaparlamentarilər çevik reaksiya qüvvələrinin sülh dövründə üç gün ərzində, böhran vəziyyətində isə 24 saat ərzində Aİ-nin daxili sərhədlərini keçə bilməsini təmin etmək təklifini irəli sürüblər.
Qətnamə layihəsində qeyd olunur ki, hazırda inzibati, maliyyə və infrastruktur problemlərinə görə Aİ daxilində hərbi texnikanın hərəkəti bəzən bir aydan çox çəkə bilər.
Bu kontekstdə, avropararlamentarilər növbəti uzunmüddətli büdcədə hərbi mobillik büdcəsinin 17 milyard avroya çatdırılması təklifini alqışlayırlar. Onlar, eyni zamanda, xahiş edirlər ki, Aİ ölkələrindən təklif olunan vəsaitlərin 75% azaldıldığı 2021-2027-ci illər büdcəsində olduğu kimi bu məbləğ ixtisara məruz qalmasın.
Qətnamə layihəsinin müəlliflərinin fikrincə, “ körpülər və tunellər kimi 500 infrastruktur qaynar nöqtəsinin modernləşdirilməsi və Aİ-nin dörd hərbi mobillik dəhlizinin tam funksionallığının təmin edilməsi üçün ən azı 100 milyard avroya ehtiyac olacaq”.
AP vurğulayır ki, “əsl hərbi Şengen” zonasının yaradılması mümkün qədər tez həyata keçirilməlidir. Qətnamə layihəsi AP-nin dekabr sessiyasının plenar iclasında səsverməyə çıxarıla bilər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


