“Avropanın tariflərin daha da azaldılması tələbləri danışıqların hazırkı vəziyyəti ilə uzlaşmır. Bu ondan xəbər verir ki, iyulda tərəflərin razılaşdığı çərçivə şərtlərinə əsasən ABŞ tarifləri azaltmağa davam etməzdən əvvəl Aİ onları tam şəkildə yerinə yetirilməli idi”, - qəzet amerikalı məmurdan sitat gətirir.
Bundan əvvəl Avropa Komissiyası (AK) noyabrın 24-də Aİ nazirləri ilə görüş zamanı Brüsselin ABŞ rüsumlarından azad olunmasını istədiyi malların siyahısını Ağ Ev administrasiyasının rəsmilərinə təqdim etməyi planlaşdırdığını açıqlamışdı.
|
| AK sədri: “Moskva və Pekin bayram edəcəkdilər” |
Xatırladaq ki, iyulun 27-də AK-nin sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən Avropadan ABŞ-yə ixrac olunan məhsulların təxminən 75%-nə qoyulan tariflərin əvvəllər nəzərdə utulan 30%-lik rüsumdan 15%-ə endirilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin, Aİ ABŞ mallarına rüsum tətbiq etməyəcəyinə söz verib.
Bundan başqa, AK Rusiyanın enerji resurslarının alınmasını tamamilə dayandıracağını, qarşıdakı 3 ildə ABŞ-dən 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacaq alacağını, habelə Amerika iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını vəd edib.
Maraqlıdır ki, Vaşinqtonun Aİ-dən sözügedən müqavilənin yerinə yetirilməsi ilə bağlı “məcburi yazılı saziş” imzalamaq tələbi Avropanın aparıcı ölkələrinin Donald Trampın Ukrayna üzrə “sülh palnı” nın əsas müddəalarının yolverilməz olduğu barədə bəyanatları fonunda gündəmə gəlib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


