Türkiyənin rəqəmsal lirəyə keçidində növbəti addım atılıb

   Türkiyənin rəqəmsal lirəyə keçidində növbəti addım atılıb
  24 Noyabr 2025    Oxunub:982
Türkiyə Mərkəzi Bankının həyata keçirdiyi "rəqəmsal lirə" layihəsinin ikinci mərhələsinin gedişi haqqında hesabat işıq üzü görüb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasasən, layihənin ikinci mərhələsində əsasən üç növ (proqramlaşdırılan, oflayn və xarici) ödənişin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və mümkün planlar nəzərdən keçirilib, ümumi konsepsiya qiymətləndirilib.

Bildirilib ki, rəqəmsal lirəyə keçid innovativ xidmət sahələri üçün tamamlayıcı ödəniş infrastruktu deməkdir: "Layihə reallaşdıqda sabit ödəniş imkanı meydana gələcək, eyni zamanda, maliyyə sahəsində inklüzivlik artacaq".
Türkiyə rəqəmsal valyutaya keçidi sürətləndirir

Görülən işlər çərçivəsində layihənin texnoloji yönü ilə yanaşı hüquqi və iqtisadi aspektləri ilə əlaqədar müxtəlif təhlillər və hazırlıq tədqiqatları da həyata keçirilib. Məlumata əsasən, hesabatın mətni yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   lirə   rəqəmsallaşma  



Xəbər lenti