Zhansaya İsmagulova: "Təcrübələrin paylaşılması regionun inkişafına töhfə verir"

  Zhansaya İsmagulova:    "Təcrübələrin paylaşılması regionun inkişafına töhfə verir"
  24 Noyabr 2025    Oxunub:1108
Biz türklüyün ayrılmaz parçalarıyıq və bu birliyimiz əsrlər boyu bizi bir-birimizə yaxınlaşdırıb. Bu gün isə bağlılıq həm siyasi, həm iqtisadi, həm də ictimai sahələrdə daha güclü şəkildə özünü göstərir.
Bu sözləri Qazaxıstanın “Sənin Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova Türk Dövlətləri Təşkilatının QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"na həsr olunan paneldə söyləyib.

O qeyd edib ki, Türk dünyası üçün qlobal kommunikasiya imkanlarının genişlənməsi olduqca böyük əhəmiyyət daşıyır. Xalqlarımız arasında informasiya mübadiləsinin artması, təcrübələrin paylaşılması və birgə layihələrin həyata keçirilməsi bütün regionun inkişafına töhfə verir.

“Birlikdə keçirdiyimiz forumlar məhz bu məqsədə xidmət edir. Bu forumlar türk dövlətlərinin və cəmiyyətlərinin bir-birini daha yaxşı tanımasına, əməkdaşlığı daha da dərinləşdirməsinə şərait yaradır. Kommunikasiya imkanlarının maksimum dərəcədə artırılması isə həm ictimai diplomatiyanı gücləndirir, həm də inteqrasiyamıza yeni nəfəs verir. Eyni zamanda, ekspertlərin qarşılıqlı fikir mübadiləsi bütün sahələr üçün olduqca vacibdir. Müxtəlif ölkələrin təcrübələri bir araya gəldikdə daha səmərəli, daha dayanıqlı və daha innovativ həllər ortaya çıxır. Məhz buna görə belə platformalar bizim üçün strateji əhəmiyyət daşıyır”, - deyə forum iştirakçısı vurğulayıb.


AzVision.az


Teqlər: Forum   Qazaxıstan  



Xəbər lenti