Pakistanda növbəti terror aktı törədilib

   Pakistanda növbəti terror aktı törədilib
  24 Noyabr 2025    Oxunub:873
Silahlı qruplaşma və terrorçu-kamikadze Pakistanın Federal Polis İdarədsinin Peşəvər şəhərindəki mənzil -qərargahına hücum edib.
AzVision.az xəbər verir ki, Pakistanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edən “Dawn” nəşrinin məlumatına görə, terrorçu-kamikadze partlayıcı qurğunu mənzil-qərargahın girişində işə salıb.

“Bundan sonrakı atışma zamanı təhlükəsizlik qüvvələri iki yaraqlını öldürüb və ərazini tamamilə mühasirəyə alıb. Hücum nəticəsində azı 3 nəfər həlak olub. Hücum edənlərdən biri federal polis qərargahına girə bilib”, - yerli məmurun açıqlamasına istinda edən “Reuters” agentliyi yazıb.

Xüsusi təyinatlılar, o cümlədən ordu və polis qüvvələri təmizləmə əməliyyatı aparır. “Dawn” nəşri bildirir ki, binanın içərisində daha bir neçə terrorçu ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   terror  



Xəbər lenti