ABŞ dövlət katibi sülh planından danışıb

ABŞ dövlət katibi sülh planından danışıb
  23 Noyabr 2025    Oxunub:1155
Cenevrədə keçirilən danışıqlar zamanı Amerika və Ukrayna nümayəndə heyətləri Ukraynadakı münaqişənin həlli planı üzərində irəliləyiş əldə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda heyətlər planın yenidən baxılması üçün aldıqları təklifləri müzakirə edirlər.

"Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik. Komandalarımız artıq otaqlarına çəkiliblər. Bizə verilən bəzi təkliflər üzərində işləyirik", - deyə o qeyd edib.

AzVision.az






Teqlər:



Xəbər lenti