İran Quru Qoşunlarına yeni komandan təyin olunub

İran Quru Qoşunlarına yeni komandan təyin olunub
  23 Noyabr 2025    Oxunub:466
İranın Quru Qoşunları komandanlığı briqada generalı Əli Cahanşaha həvalə olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Tasnim News" agentliyi məlumat yayıb.

Yeni təyin olunmuş komandan çıxışında bildirib ki, ordu mövcud təcrübədən və ən yeni texnologiyalardan istifadə etməklə müasir təhdidlərə cavab vermək üçün mobilliyin, səmərəliliyin və təchizatın artırılmasına çalışacaq.

Qeyd olunub ki, Cahanşahi bu vəzifədə 2016-cı ildən Quru Qoşunlarına rəhbərlik edən Kiyumərs Heydarini əvəz edib.

AzVision.az



Teqlər:



Xəbər lenti