Tramp demokratları ağır cinayətdə ittiham edib

Tramp demokratları ağır cinayətdə ittiham edib
  23 Noyabr 2025    Oxunub:450
ABŞ Prezidenti Donald Tramp demokratları ağır cinayətdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında paylaşımında bildirib.

Donald Tramp vurğulayıb ki, hərbçiləri Prezidentə tabe olmamağı çağıranlar hazırda həbsdə olmalıdır. ABŞ Prezidenti onların hazırda “feyk xəbər şəbəkələrinə müsahibələr verib özlərini müdafiə etməyə çalışdıqlarını” qeyd edərək bunun qəbuledilməz olduğunu vurğulayıb: "Həmin şəxslərin atdığı addımlar “yüksək səviyyəli təhrikçilik”dir və belə təhrikçilik ağır cinayət sayılır. Bir çox tanınmış hüquqşünaslar da mənim mövqeyimlə razıdır və hərbçilərə Prezidentin əmrlərinə qarşı çıxmaq barədə göstəriş verən satqın demokratlar ağır cinayətə yol veriblər”.

AzVision.az



Teqlər:



Xəbər lenti