Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Şəhidlərimizin xatirəsinə həsr olunmuş  anım tədbiri keçirilib
  22 Noyabr 2025    Oxunub:1043
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimiz - baş leytenant Cavid Mirzəyev Azər oğlu və əsgər Səbuhi Sadıqov Rövşən oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri baş tutub.
AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Anım mərasimində çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yollarından danışıblar.


Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

AzVision.az


Teqlər: Şəhidlər   anım   tədbir  



Xəbər lenti