İrəvandan Bakıya gələn heyətin tərkibi açıqlanıb

   İrəvandan Bakıya gələn heyətin tərkibi açıqlanıb
  21 Noyabr 2025    Oxunub:978
Ermənistanın vətəndaş cəmiyyətindən bu gün Azərbaycana gələn beş mütəxəssisdən ibarət nümayəndə heyətinin tərkibi müəyyənləşib.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, onlar İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.

Heyəti Heydər Əliyev adın Beynəlxalq Hava Limanına gətirən çarter reys son 30 il ərzində İrəvandan Bakıya gələn ilk təyyarədir. Mütəxəssislərin Bakıda keçiriləcək ikigünlük dəyirmi masada iştirakı nəzərdə tutulur.

Bu səfər Azərbaycan nümayəndə heyətinin keçən ayın axırlarında İrəvana səfərinə cavab mahiyyəti daşıyır.

Firudin Həmidli
AzVision.az


Teqlər:



Xəbər lenti