Xaçatryan: “Etimad atmosferinin yaradılması zəruridir”
“Sülh o zaman gələcək ki, iki ölkə və xalq arasında qarşılıqlı etimad bərpa olunsun; bu, zaman məsələsidir. Biz siyasi liderlər kimi buna nail olmaq üçün həqiqətən siyasi prosesi və hüquqi bazanı təmin etməliyik”, - Xaçatryan bildirib.
Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığından ikitərəfli hüquqi proses artıq qurulub və bu prosesin yekunlaşması iki ölkənin vətəndaşları və xalqlarının öz daxilində mövcud olan çətinlikləri dəf edə bildiyi an baş verəcək.
- Bunun nə vaxt olacağını heç kim deyə bilməz. Təbii ki, biz bunun tez bir zamanda baş verməsini istərdik, lakin hər iki ölkənin hakimiyyət orqanları sadəcə əlverişli şərait yaratmalı, mümkün qədər çox təmas imkanı formalaşdırmalı və bir ölkədə narazılıq yaranacağından narahat olmamalıdırlar”, - Ermənistan prezidenti vurğulayıb.
Eyni zamanda, Vaahn Xaçatryan bunun reallığa çevrilməsi ehtimalının yüksək olduğunu düşündüyünü diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan etimad







Vaxtında, Aydın, Lazımlı!


