İrana qarşı yeni sanksiyalar
“Sanksiyalar “Sepehr Energy Jahan” neft şirkəti və onun BƏƏ, Panama və Hindistandakı əlaqəli qurumlara; İran neftini daşıyan “kölgə donanması”nın altı gəmisinə; “Mahan Air” aviaşirkəti və onun törəmə “Yazd Airways” qurumuna; neft və aviatexnikanın tədarükünü əlaqələndirən şəxslərə şamil olunur”, - məlumatda bildirilir.
ABŞ-nin Maliyyə nazirliyinin iddiasına görə, “Mahan Air” aviaşirkəti Yaxın Şərqdəki terrorçu qrupların təchizatı ilə yanaşı, Suriya və Livana silah ötürülməsində də iştirak edir.
ABŞ-nin Maliyyə naziri Skott Bessent “İran rejiminin gəlirlərinin kəsilməsinin onun nüvə ambisiyalarını cilovlamaq üçün çox vacib olduğunu” vurğulayıb. Sanksiyalar İranın terrorla mübarizə və neft sektorunu hədəf alan sərəncamlar əsasında tətbiq olunub.
Bu arada, İranın Xarici İşlər naziri Abbas Əraqçi bu ilin yayında baş vermiş İsrail-İran müharibəsində Rusiyanın Tehrana yardım göstərdiyin açıqlayıb. Onun sözlərinə görə, bundan sonra müdafiə sahəsində Moskva ilə Tehran arasında qarşılıqlı əlaqələr güclənib.
- 12 günlük müharibə zamanı ruslar bizə çox kömək göstərdilər və bundan sonra biz əvvəlkindən daha fəal əməkdaşlıq etdik. Buna görə də sizə deyirəm ki, biz potensial münaqişəyə əvvəlki müharibədən daha çox hazırıq”, - İran XİN-in rəhbəri Böyük Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ İran sanksiyalar







Vaxtında, Aydın, Lazımlı!


