Nazir: "Astanadan Türkiyəyə ticarət yolu açıla bilər"

      Nazir:    "Astanadan Türkiyəyə ticarət yolu açıla bilər"
  21 Noyabr 2025    Oxunub:977
"Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət yolu açmağı planlaşdırır".
Bu sözləri Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumangarin yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, Ermənistan ərazisindən keçəcək marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxış imkanı qazandıracaq.

"Hazırda Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Qara dəniz limanlarına səyahət imkanımız var. Yeni marşrut isə bizə Naxçıvana, (ardınca Ermənistan ərazisinə – red), oradan isə birbaşa Türkiyəyə və nəhayət, bu ölkənin dəniz limanlarına çatmağa fürsət yaradacaq", – nazir söyləyib.
Qazaxıstan və Ermənistan arasında uçuşların bərpası planlaşdırılır

O öz çıxışında həmçinin Qazaxıstanın Ermənistanla hava nəqliyyatını yenidən canlandırmağı nəzərdən keçirdiyini də vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qazaxıstan   Ermənistan   Azərbaycan   Türkiyə   marşrut  



Xəbər lenti