“Mənim mənəvi həyatım, yoldaşlarımın və tərəfdarlarımın həyatı kimi tam bərpa olunub. Mən bu gün liturgiyada baş nazir kimi yox, Erməni Apostol Kilsəsinin (EAK) sıravi davamçısı kimi iştirak edirəm”, - Ermənistanın baş naziri deyib.
|
| Paşinyan EAK-ın rəhbərinə qarşı aksiya hazırlayıb |
- Bu ciddi bir maneə idi, amma indi aradan qaldırılıb. EAK-ın sıravi davamçısı kimi mən indi tam mənəvi həyat yaşaya bilirəm. Mən istəyirəm ki, bu, mənəvi həyat yaşayan bütün Ermənistan vətəndaşlarının nəsib olsun”, - Nikol Paşinyan vurğulayıb.
Xatırladaq ki, son aylarda Ermənistanın baş naziri Nikol Paşinyanla EAK-ın rəhbəri II Qaregin arasında yaşanan ciddi qarşıdurma çərçivəsində ölkədə dövlət çevrilişin hazırlıqda ittiham edilən bir neçə kilsə xadimi həbs olunub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


