Bakıda yeni layihə icra olunur I VİDEO
Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.
Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq. Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz:
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


