Xüsusi nümayəndə: "Aİ Bakı və İrəvanla əməkdaşlığa hazırdır"

      Xüsusi nümayəndə:    "Aİ Bakı və İrəvanla əməkdaşlığa hazırdır"
  20 Noyabr 2025    Oxunub:844
"Avropa İttifaqı regionda davamlı sülhə və qarşılıqlı inkişafa çatmaq məqsədilə Azərbaycan və Ermənistanla əməkdaşlığa maraqlıdır".
Bu sözləri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono özünün "X" hesabında yazıb. O, son günlər İrəvanda keçirdiyi görüşlərin yekununda Azərbaycanla sülh prosesi üzrə danışıqlar, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, habelə humanitar məsələlər və regional əməkdaşlıqlar barədə ətraflı fikir mübadiləsinə görə Ermənistanın hökumət nümayəndələrinə öz təşəkkürünü bildirib.
İrəvanda Aİ nümayəndəsi ilə Azərbaycanla delimitasiyadan danışılıb

Xatırladaq ki, noyabrın 18-də Maqdalena Qrono Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi mövzusunda müzakirələr aparıb. Görüşdə regionda baş verən proseslərə də toxunulub. Tərəflər Cənubi Qafqazda kommunikasiya yollarının açılmasının, bu istiqamətdə həyata keçirilən layihələrin vacibliyini vurğulayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Ermənistan   Azərbaycan   sülh-prosesi  



Xəbər lenti