“Walla”: ABŞ İsraildən Rəfahı tələb edir

      “Walla”:    ABŞ İsraildən Rəfahı tələb edir
  20 Noyabr 2025    Oxunub:1037
Birləşmiş Ştatlar Qəzza zolağında yerləşən Rəfah şəhərinin yenidən qurulması üçün məsuliyyətin Kiryat-Qatdakı Amerika qərargahına verilməsi üçün İsrailin razılığını almaq istəyir.
AzVision.az xəbər verir ki, “Walla” portalının məlumatına görə, Amerikanın Kiryat-Qatdakı qərargahı “Əvvəlcə Rəfah bərpa edək” layihəsinə rəhbərlik etməlidir.

“Bu plan, HƏMAS tərəfdarlarının və ya əraziyə nəzarəti bərpa etməyə cəhd göstərə biləcək digər silahlı qrupların sızmasının qarşısını almaq üçün yüz minlərlə fələstinlinin məcburi müayinədən sonra şəhərə qayıtmasını nəzərdə tutur”, - portal xatırladır.

İsrailin təhlükəsizlik üzrə rəsmiləri Amerika tərəfi ilə danışıqlar zamanı Rəfah bölgəsinin hələ də radikallardan təmizlənmədiyini və tunel şəbəkəsinin toxunulmaz olaraq qaldığını iddia ediblər.

HƏMAS: “ABŞ-nin Qəzza üzrə planı qənaətbəxş deyil”
Bunun qarşılığında Vaşinqton prosesin diqqətlə tənzimlənəcəyini və səylərin sabitliyin yaradılmasına yönəldiləcəyini bildirib.

İsrailin Müdafiə qüvvələrinin (ÇAXAL) Cənub Komandanlığı fələstinlilərin kütləvi şəkildə geri qayıtmasının HƏMAS-ın bölgədəki hərbi qanadının bərpasına töhfə verə biləcəyindən narahatlığını ifadə edir.

- Şəhər mülki sakinlərdən demək olar ki, tamamilə təmizlənib, lakin hələ də silahlı qruplar və yeraltı tunellərdə gizlənən 150-yə yaxın yaraqlı var. Bundan əlavə, qaçaqmalçılıq marşrutlarının bərpası və pilotsuz təyyarələrdən istifadə etməklə Misirdən silah daşınması cəhdləri riski mövcuddur”, - israilli hərbçilər vurğulayır.

İsrail hökumətindəki siyasi və müdafiə məsələləri üzrə mənbələrin sözlərinə görə, ölmş girovların cəsədləri qaytarılmayana, Qəzzanın tərksilahı başlanana və Fələstin Muxtariyyətindən fərqli yeni idarəetmə orqanı yaradılmayana qədər HƏMAS ilə hər hansı danışıqlar qeyri-mümkün olaraq qalır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   İsrail   Rəfah  



Xəbər lenti