Kiyevin əsas tərəfdarı vəzifədən gedir

   Kiyevin əsas tərəfdarı vəzifədən gedir
  20 Noyabr 2025    Oxunub:785
2026-cı ilin yanvarında səlahiyyət müddəti başa çatan ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Donald Tramp administrasiyasını tərk etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi 360 gündən çox olmayan müvəqqəti vəzifədir. Bununla belə, ABŞ Senatı prezidentin xüsusi nümayəndəsinin səlahiyyət müddətini uzada bilər.

“İstefada olan general heç vaxt administrasiyada uzun müddət qalmaq fikrində deyildi”, - mənbələrdən biri söyləyib.

Ağ Ev və Dövlət departamenti məsələnin şərhi ilə bağlı agentiliyin sorğusuna cavab verməyib.

Kit Kelloq Tramp administrasiyasında Ukraynanın əsas müdafiəçisi kimi tanınır. O, Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Moskvanın tezislərini təkrarlayan Sülhməramlı Missiyalar üzrə xüsusi elçi Stiven Uitkoff ilə bəzən toqquşur.

Maraqlıdır ki, Kelloqun gözlənilən istefa xəbəri ABŞ-nin Rusiya-Ukrayna müharibəsini həll etmək üçün yeni sülh planı barədə məlumatlar fonunda açıqlanıb. Sözügedən plan təhlükəsizlik zəmanəti müqabilində Ukraynanın Donbası tərk etməsini və ordusunu 2,5 dəfə azaltmasını nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kelloq   gediş  



Xəbər lenti