Abşeron Milli Parkına giriş ödənişsiz olacaq
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkı dəniz sahilində yerləşən nadir ekosistemlərin, vəhşi təbiətin qorunduğu xüsusi mühafizə olunan təbiət ərazisidir.
Sahəsinə görə ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkının Bakı şəhərinə yaxın yerləşməsi onu təbiətsevərlər üçün daha əlçatan və cəlbedici məkanlardan birinə çevirir.
“Azərbaycan xəritəsində "qartalın dimdiyi" kimi tanınan, açıq dənizə yönəlmiş özünəməxsus və möhtəşəm mənzərəsi ilə seçilən Şah Dili ərazisi Xəzər dənizi sahillərində füsunkar təbiət görüntüləri ilə diqqəti cəlb edir. Nazirlik hər kəsi nadir təbiət guşəsini görməyə dəvət edir. Abşeron Milli Parkı açıq havada istirahət etmək, təbiətin sakitliyini və gözəlliyini doyunca yaşamaq istəyənlərin yolunu gözləyir”, - deyə məlumatda vurğulanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


