Ekoloqlar Trampın planlarına qarşı çıxıblar

   Ekoloqlar Trampın planlarına qarşı çıxıblar
  19 Noyabr 2025    Oxunub:690
Meksika körfəzində neft icarəsi ilə bağlı “ilk Tramp hərracı” adlandırılan hərracı dayandırmaq istəyən ətraf mühiti mühafizə qrupları ABŞ administrasiyasına qarşı iddia qaldırıblar.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşri belə məlumat yayıb.

“Bir sıra ətraf mühit təşkilatları adından “Earthjustice” tərəfindən Vaşinqton ştatının federal məhkəməsində qaldırılan iddia ABŞ administrasiyasının ölkənin sahil sularında qazma işlərini genişləndirmək planlarına etiraz edir. Bu iş Ağ Evin belə təşəbbüslərinin məqsədəuyğun olub-olmamasına hüquqi baxımdan qiymətləndirilməsinə yol açır”, - qəzet yazır.

Məhkəmə sənədlərinə görə, ümumi sahəsi 323,7 min kvadratkilometr olan torpaq sahələrinin satışından əvvəl ABŞ-nin Daxili İşlər nazirliyi lazımi ekoloji ekspertiza aparmayıb.

Ekoloqlar, enerji sənayesinin keçmiş lobbiçisi və Okean Enerjisinin İdarə Olunması Bürosunun hazırkı direktoru vəzifəsini icra edən Metyu Ciakonanun prosesdə iştirakına işarə edərək, qərarı “əsaslandırılmamış və qanunsuz” adlandırırlar.

Reuters: “Tramp Alyaskada neft hasilatına yaşıl işıq yandırdı”
İcarə hərracı ABŞ-nin xam neft hasilatının təxminən 14%-ni təşkil edən hövzədə istehsalı genişləndirmək niyyətlərini təsdiqləyən “Shell” və “Chevron” da daxil olmaqla neft şirkətlərində böyük maraq doğurur.

Bundan əvvəl Ağ Ev milli neft hasilatını artırmaq strategiyasının bir hissəsi kimi dənizdə qazma işlərinə üstünlük verib. Plan Florida sakinlərinin əhəmiyyətli hissəsinin əleyhinə çıxdığı Meksika körfəzinin şərqində əməliyyatların genişləndirilməsini nəzərdə tutur.

Administrasiya 2029 və 2030-cu illərdə əraziləri icarəyə vermək variantını nəzərdən keçirir.

Vaşinqton həmçinin ABŞ-nin dəniz neft yataqlarının istismarı üzrə beş illik planın bir hissəsi kimi onilliklər ərzində fəaliyyətsizlikdən sonra Kaliforniya və Alyaska sahillərində qazma işlərinin bərpasına icazə verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   ekoloqlar   etiraz  



Xəbər lenti