Xandanyan: "Ermənistan-Türkiyə dialoqu müsbət nəticələr doğurur"

      Xandanyan:    "Ermənistan-Türkiyə dialoqu müsbət nəticələr doğurur"
  19 Noyabr 2025    Oxunub:704
"Ümidvaram ki, danışıqlar tezliklə müsbət nəticələrə gətirib çıxaracaq".
Bu sözləri Ermənistan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Türkiyənin İstanbul şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının sammitində dilə gətirib. O, Ermənistan ilə Türkiyə arasında son dövrdə aparılan danışıqların müsbət nəticə verdiyini, münasibətlərinin normallaşmasına nikbin yanaşdığını diqqətə çatdırıb.

"Düşünürəm ki, konstruktiv və aktiv siyasi dialoq münasibətlərimizin institusional hala gəlməsinə, sərhədlərin açılmasına və ölkələrimiz arasında daha geniş əməkdaşlığın formalaşmasına zəmin yaradacaq", - Sarkis Xandanyan söyləyib.
Paşinyan: "Türkiyə ilə sərhədin açılmasına maneə yoxdur" | VİDEO

Məlumat üçün bildirək ki, Türkiyə ilə Ermənistan arasında 1991-ci ildən bəri diplomatik əlaqələr yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır. Belə bir vəziyyət Türkiyənin Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini dəstəkləməsi, habelə 1915-ci ildə qondarma "erməni soyqırımı"nın İrəvan tərəfindən dünyadan tanıdılması fonunda meydana gəlib. 2021-ci ilin dekabrında ölkələr münasibətlərinin normallaşdırılması məqsədilə qarşılıqlı xüsusi nümayəndələr irəli sürüblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Türkiyə   münasibətlər   normallaşma  



Xəbər lenti