Varşava: “Bütün izlər Rusiyaya aparır”

      Varşava:    “Bütün izlər Rusiyaya aparır”
  18 Noyabr 2025    Oxunub:671
Polşanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanı Ukraynaya gedən dəmiryol relslərində partlayış törətməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, Polşanın Milli Müdafiə naziri “RMF FM” radiostansiyasının efirində belə iddia irəli sürüb.

Bununla belə, Vladislav Kosinyak-Kamış heç bir dəlil-sübut təqdim etməyib. Onun sözlərinə görə, kimin günahkar olduğuna tam əminlik yalnız cinayəti törədənlər yaxalananda əldə ediləcək.

“Lakin Polşada və Avropada baş verən bütün hadisələri təhlil edərək deyə bilərik ki, bütün izlər şərqə – Rusiyaya aparır”, - Polşanın Milli Müdafiə naziri vurğulayıb.

Polşa-Ukrayna dəmir yolu zədələnib
Xatırladaq ki, noyabrın 17-də naməlum şəxslər Polşada-Ukrayna sərhədinə gedən dəmir yolunda iki təxribat törədiblər: əvvəlcə Plavnı şəhəri yaxınlığında, sonra isə Mika stansiyasının yaxınlığında.

Polşanın baş naziri Donald Tusk da, öz növbəsində, bu hadisələrin təxribat olduğunu istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Polşa   Rusiya   ittiham  



Xəbər lenti