Bu barədə "The Washington Post" qəzeti ölkənin Virciniya ştatında fəaliyyət göstərən
Vilyam və Meri Universitetinin "AidData" tədqiqat
institutuna istinadən
məlumat yayıb. Hesabata əsasən, Çinin ABŞ-də qaz boru kəmərlərindən tutmuş hava limanlarınadək bütünlükdə 2500 layihə üçün ayırdığı kredit həcmi bütün digər ölkələrdən daha çoxdur. Bildirilib ki,
kreditin təkcə yarıdan çoxu (103 milyard dollar) 2018-ci ildən sonra həyata keçirilmiş layihələrə verilib.
Kanadadan Nyu-York şəhərinə yüksək gərginlikli elektrik xətti, Şimali Virciniyada dünyanın ən böyük məlumat mərkəzlərindən biri, Con F. Kennedi Beynəlxalq Hava Limanındakı yeni terminallar bu layihələrdən yalnız bir neçəsidir.
Məlumata görə, Çinin maliyyə təşkilatları
"Amazon", "Halliburton", "Tesla", "Boeing", "Qualcomm", "Disney" və s. bu qəbildən nəhəng şirkətlərə müntəzəm kredit xətləri açır. Adları çəkilən şirkətlər mətbuata bu məsələ barədə hər hansı şərh vermirlər. "AidData"nın icraçı direktoru Bredli Parksın sözlərinə görə,
Vaşinqton başqa ölkələri "Çindən borc almamağa" çağırırsa da, özü çinli kreditorlardan borc götürməkdən çəkinmir.
Firudin Həmidli
AzVision.az